Zəlzələ dalğıclara çətin anlar yaşatdı - VİDEO

13 Noyabr 2023 19:42

Bir qrup dalğıc dənizin dibində olarkən zəlzələ olub. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, harada çəkildiyi məlum olmayan videoda dalğıclar dəniz dibində çəkiliş apararkən qəfil zəlzələ baş verib. Dalğıcın kamerası tərəfindən qeydə alınan zəlzələ anında yerdən toz buludunun qalxdığı və zəlzələ nəticəsində dalğıcların sürüşdüyü görünür.

Video sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun