Azərbaycanın beynəlxalq dərəcəli hakimi xüsusi mükafat aldı

13 Noyabr 2023 15:26

Azərbaycanın stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Milli.Az-a verilən məlumata görə, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların II Universiadasında "Ən yaxşı hakimliyə görə" kuboku təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa "Top-16" kuboku kimi yarışlarda ədaləti qoruyub.

Təcrübəli referi həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun