Ərdoğandan soruşun, onda başa düşərsiniz - Piskun

13 Noyabr 2023 11:11

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevin AB-yə tezliklə üzvlüyünü elan etməklə Ukrayna ictimaiyyətini çaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın keçmiş baş prokuroru Svyatoslav Piskun deyib.

"Polşa taxılımızın keçməsinə icazə verməsə, biz AB-yə daxil olmaq üçün danışıqlar apara bilmərik. Bu ki gülməlidir. Burada yaxşı düşünmək lazımdır: aldanmırıq ki? Həqiqi tarixlə əsl qətnamə haradadır? Bilmək istərdim.

Bizə danışıqlara hazır olduqlarını deyəndə, mən demək istəyirəm: Ərdoğana zəng edin (Türkiyə Prezidenti - red.) və soruşun: "Deyin görək, əzizim, 30 ildir ki, AB ilə danışıqlarınız necə gedir? Danışmaqdan yorulmadınız?" - o bildirib.

Piskun qeyd edib ki, hətta NATO üzvü olan ölkə də ittifaqa buraxılmır:

"Bu isə o deməkdir ki, Ukraynanı ümumiyyətlə Avropa dövlətləri blokuna qoşmaq fikrində deyillər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun