“Qum dəniz” yatağında yeni quyu istismara verilib
19 May 2010 14:58
Milli.Az xəbər portalı Azərbaycan Dövlət Neft Şirkətinin internet saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Trestinin "Qum adası" Qazma İşləri İdarəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış həmin quyu 2952-2945 metr intervaldan sutkada 20 ton neft, 7000 kubmetr qaz verir. Hazırda həmin yataqda 470 nömrəli meydançadan qazılan 472A nömrəli quyuda qazma işləri başa çatmaq üzrədir.
Geoloqların hesablamalarına görə, layihə dərinliyi 3400 metr olan bu quyudan sutkada 20 ton neft hasil ediləcək. Quyular "Qum adası" NQÇİ-nin sifarişi ilə qazılıb.
Milli.Az