ABŞ-dan İsrail ordusuna xəbərdarlıq...

12 Noyabr 2023 23:18

ABŞ Qəzza zolağındakı tibb müəssisələrinə təsir edən döyüşlərə qarşıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Vaşinqton bu mövqeyini İsrail Müdafiə Qüvvələrinə çatdırıb:

"ABŞ günahsız insanların, tibbi yardım alan xəstələrin atəşə tutulduğu xəstəxanalarda atışma görmək istəmir. Bu məsələ ilə bağlı İsrail ordusu ilə aktiv məsləhətləşmələr aparmışıq".

Milli.Az