Quterreş İrandan xahiş etdi: Təzyiq göstər!

12 Noyabr 2023 22:27

BMT-nin baş katibi Antonio Quterreş İrandan HAMAS-a təzyiq göstərilməsini xahiş edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Vesti.ru" məlumat yayıb.

Quterreşin İrandan xahiş etməsinə səbəb girovların dərhal və qeyd-şərtsiz azad edilməsidir.

BMT Baş katibinin Tehrana ikinci xahişi isə "Hizbullah" hərəkatı ilə bağlı olub. Quterreş düşünür ki, Livanın münaqişədə rol almasının qarşısını yalnız İran ala bilər.

Milli.Az