Üçmərtəbəli bina yandı, ölənlər var

12 Noyabr 2023 22:11

Nyu-Yorkda üçmərtəbəli binada yanğın baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 04:30-da başlayan yanğın zamanı üç nəfər ölüb.

İki saatdan sonra nəzarət altına alınan yanğında 14 nəfər yaralanıb.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az