Rəisinin Türkiyəyə səfər edəcəyi tarix – Ərdoğan açıqladı

12 Noyabr 2023 21:39

İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfər edəcəyi tarix açıqlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının sammitindən qayıdarkən deyib.

O bildirib ki, səfər noyabrın 28-də baş tutacaq.

İki ölkə liderləri Fələstin məsələsini və regionda baş verən digər hadisələri müzakirə edəcəklər.

Milli.Az