Ana və qızı eyni vaxtda meydançaya çıxdılar - Qadın basketbolunda İLK - FOTO

12 Noyabr 2023 19:43

Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa çempionatının (EUROBASKET-2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar.

Xatırladaq ki, Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qalibidir.

Qeyd edək ki, yığmqmız Belçikaya 135:28 hesabı ilə uduzub.

Milli.Az