Tunel çökdü, 30-dan çox insan dağıntılar altında qaldı

12 Noyabr 2023 19:26

Hindistanın şimalındakı Uttarakhand ştatında tikilməkdə olan nəqliyyat tuneli çöküb, azı 36 işçi dağıntılar altında qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.

Hadisə yerində polis və Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvəsinin bir qrupu işləyir.

Dağıntılar altında qalanların sağ olub-olmadığı məlum deyil.

Milli.Az