Cənub bölgəsində bu il qışın sərt keçməsi arıçılığıa ziyan vurub - VİDEO - FOTO

21 May 2012 19:27
Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, fermerlər məhsuldarlığın bu il təxminən 20 faiz aşağı olacağını bildirirlər. Məhsuldarlığın aşağı düşməsinə arı ailələri arasında yayılan xəstəliklər də səbəb olub.

Cənub bölgəsində bu il qışın çox sərt keçməsi arıçılıq təsərrüfatlarında bəzi problemlər yaradıb. Havaların yağıntılı keçməsi və güclü şaxtlaraın düşməsi arı ailələrinin acından ölməsinə və bala artımının azalmasına səbəb olub. Bu da növbəti bal yığımı ərəfəsində məhsuldarlığın təxminən 20 faiz aşağı düşməsinə səbəb olacaq. Lakin yaz və yay ayları əlverişli keçərsə, məhsuldarlıqda vəziyyət yaxşıya doğru dəyişə bilər.

Bu il arıçılıq təsərrüfatlarında xəstəliklər də geniş yayılıb. Fermerlər deyir ki, hazırda ən çox varitoz və izhal kimi xəstəliklər çoxalıb. Dərman sarıdan əziyyət çəkmədiklərini deyən fermmerlər müalicə işinin bütün arıçılıq təsərrüfatlarının aparmalı olduğunu bildirirlər. Həmçinin fermerlər əldə etdikləri balın bazara çıxarılmasında da çətinlik çəkdiklərini bildirdilər. Onların sözlərinə görə bazarda saxta məhsulların artması təbii bal satan fermerlərinin işini xeyli çətinləşdirib. Xatırladaq ki, ötən il cənub bölgəsində bazara çıxarılan 1 kq bal müştərilərə 20 manata təklif olunurdusa, bu il eyni çəkidə olan bal 5-10 manata satılır.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.