Məşhur aktrisaya qarşı cinsi qısnama edən şəxsin cəzası MƏLUM OLDU

12 Noyabr 2023 17:09

Türkiyəli aktrisa Ezgi Molanı 7 il təqib edərək ona sataşma xarakterli mesajlar göndərdiyi iddia edilən 40 yaşlı Kamal adlı şəxsə veriləcək cəza məlum olub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, aktrisaya sosial şəbəkədə mesajlar yollayaraq və küçədə onu izləyərək təhdid edən şəxsin 1 il 5 gün müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub. 

Hakim qarşısına çıxan Kamal adlı şəxs bu fikirləri səsləndirib:

"Məqsədim tanışlıq olub. Göndərdiyim mesajların cinsi təcavüz xarakterli olması ilə bağlı iddiaları qəbul etmirəm". 

Hakim qərarın açıqlanmasını növbəti məhkəməyə saxlayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun