“ABŞ Rusiya ilə münasibətlərimizin reallığına alışmalıdır”

12 Noyabr 2023 16:38

Şimali Koreya bəyan edib ki, ABŞ onlarla Rusiya arasında yaranan münasibətlərin reallığına öyrəşməlidir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Pxenyan rəhbərliyi bu haqda ABŞ dövlət katibi Entoni Blinkenin Şimali Koreya-Rusiya əlaqələrini tənqid etməsinə münasibətində bildirib.

Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Blinkenin açıqlamalarının "ABŞ-nin iki müstəqil suveren dövlət arasında münasibətlərin inkişafı ilə bağlı xəstə bir vəsvəsə içində olduğunu" bir daha təsdiqlədiyi vurğulanıb.

Qeyd edək ki, noyabrın 9-da Cənubi Koreyaya səfəri zamanı ABŞ dövlət katibi Blinken Şimali Koreyanın Rusiya ilə inkişaf edən və təhlükəli hərbi əməkdaşlığından narahat olduqlarını bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun