Dəhşətli qəza - avtobus yük maşını ilə toqquşdu: 8 nəfər ölüb, onlarla yaralı var

12 Noyabr 2023 21:47

Boliviyada Puerto Suares və Santa Kruz şəhərləri istiqamətində hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Əraziyə çoxlu sayda təcili yardım və xilasedici göndərilib.

Qəzanın avtobusun qarşıdan gələn yük maşınının yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.

Milli.Az