Məşhur xokkeyçi oyun zamanı öldü - FOTO

12 Noyabr 2023 12:55

"Become a Hockey Legend" (SHL) həvəskarlar liqasının xokkeyçisi Mixail Yançişin oyun zamanı dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə liqanın teleqram kanalında məlumat verilib.

Fövqəladə hadisə Moskvada "Armata" və "Favorit" komandaları arasında keçirilən oyunda baş verib.

Belə ki, "Armata"nın  61 yaşlı hücumçusu görüş zamanı huşunu itirib.

Hadisə yerinə gələn həkimlər Yançini xilas edə bilməyiblər.

İlkin versiyaya görə, xokkeyçi ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun