Azarkeşlər arasında kütləvi dava: Çempionat yarımçıq qaldı - FOTO

12 Noyabr 2023 12:28

Futbol üzrə Braziliya çempionatının oyunu azarkeşlər arasında baş verən kütləvi davaya görə yarımçıq dayandırılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, məlumata görə, 34-cü turun "Koritiba"-"Kruzeyro" matçı meydanda azarkeşlər arasında baş verən kütləvi davaya görə ikinci hissəyə əlavə olunmuş vaxtda yarımçıq qalıb.

İkinci hissəyə əlavə edilən ilk dəqiqədə "Koritiba"nın hücumçusu Robson hesabı açaraq komandasını önə çıxarıb - 1:0. Qoldan sonra onlarla azarkeş meydana çıxıb və kütləvi dava başlayıb. Polis bir neçə dəqiqə sonra - azarkeşlər artıq meydana daxil olduqdan sonra hadisə yerinə gəlib.

Futbolçular meydanı tərk ediblər, hüquq-mühafizə orqanları isə azarkeşlərin yarıdan çoxunu tribunadan uzaqlaşdırıb.

Qeyd edək ki, "Kruzeyro" 31 oyundan 37 xalla Braziliya çempionatının turnir cədvəlində 17-ci yerdədir. "Koritiba" 33 oyundan sonra 26 xalla 19-cudur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun