HƏMAS-ın 150-dən çox tuneli dağıdıldı

12 Noyabr 2023 12:22

İsrail ordusu HƏMAS-ın istifadə etdiyi 150-dən çox tuneli partladıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun rəsmisi Conatan Konrikus məlumat verib.

"HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər. Ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun yerləşdirilməsi üçün işləri davam etdirir", - Konrikus bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun