Qəzzaya humanitar yardımı paraşütlə endirdilər

12 Noyabr 2023 11:52

Hərbi Hava Qüvvələri ikinci dəfə Qəzza zolağında İordaniya xəstəxanasına humanitar yardımı paraşütlə endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" hərbçilərə istinadən yazıb.

İordaniya ordusu aydınlaşdırıb ki, komandanlıq Qəzzada səhra xəstəxanasına kömək etmək istəyir.

Qeyd edək ki, oktyabr ayında İordaniya kralı II Abdullah ölkəsinin Qəzza zolağından olan fələstinli qaçqınları qəbul edə bilməyəcəyini bildirmişdi, bu, krallıq üçün qırmızı xətt idi. Monarx qeyd edib ki, o, bu bəyanatı təkcə İordaniyadan deyil, Misirdən də verir.

Kral bildirib ki, fələstinliləri və israilliləri birləşdirəcək, onlara dinc şəraitdə yaşamaq və işləmək imkanı verəcək düzgün siyasi üfüq tapmaq lazımdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun