Netanyahu: HƏMAS İranın terrorçu oxunun ayrılmaz parçasıdır

12 Noyabr 2023 11:40

"HƏMAS İranın başçılıq etdiyi terrorçu oxunun ayrılmaz parçasıdır".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu fövqəladə hökumətin hərbi kabinetində mətbuat konfransında bildirib.

O əlavə edib ki, "HƏMAS Qəzza zolağına ancaq iki şey gətirib - qan və səfalət", - yəhudi dövlətinin lideri diqqətə çatdırıb.

Netanyahu həmçinin deyib ki, İsrail müharibədən sonra İordan çayının qərb sahili kimi Qəzzaya hərbi nəzarəti saxlayacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun