ABŞ-nin hərbi təyyarəsi qəzaya uğradı

12 Noyabr 2023 11:13

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, noyabrın 10-da təlim uçuşu zamanı fövqəladə vəziyyət yaranıb və nəticədə təyyarə qəzaya uğrayıb.

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı təyyarədə olan hərbçilərin xəsarət alıb-almadığını açıqlamayıb.

Hazırda hadisənin səbəbi araşdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun