“İstifadə olunan qadınsan” - Azərbaycanlı müğənnidən şok sözlər

11 Noyabr 2023 23:38

Türkiyədə yaşayan Azərbaycan əsilli müğənni Tuğba Ekinçi həmkarı Seda Sayan haqqında şok ifadələr işlədib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Tuğba Seda Sayanın istifadə olunan qadın olduğunu, ərinin onu pulu üçün sevdiyini bildirib.

"Kişinin pulu, imkanları qadınınkından çox olmalıdır. Qadın varı, şöhrəti, pulu ilə kişidən üstündürsə, kişi o qadının yanında ondan istifadə etmək üçün dayanıb. Üstəlik aralarında çox böyük yaş fərqi var. Seda Sayanı çox sevirəm, amma inciməsin, o, istifadə olunan qadındır, evliliyinin sevgi üzərində qurulmasına inanmıram",- deyib.

Milli.Az