Ukrayna Rusiya sərhədinin 5 kilometrliyində bayraq qaldırdı

11 Noyabr 2023 22:47

Ukrayna əsgərləri Xarkov vilayətinin Topoli kəndində dövlət bayrağını qaldırıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, əsgərlər Rusiya ilə sərhəddə yerləşən, "boz zona" adlanan ərazidə yerləşən Topoli kəndinə gedib və orda Ukrayna bayrağını qaldırıblar.

Qeyd edilib ki, sözügedən kənd təmas xəttindən 2 km, Rusiya ilə sərhəddən isə 5 km aralıda yerləşir.

Milli.Az