Rubik kubikinin sirri açılacaq

21 May 2012 16:49
Milli.Az "Milliyet"ə istinadən bildirir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı "Liberty Science Center" və "Google" korporasiyası "Rubik kubiki"nin yubileyi ilə bağlı beynəlxalq miqyasda təbdirlər hazırlayır. Tədbirlər çərçivəsində sərgi də olacaq və həmin sərgi 14 ölkədə nümayiş etdiriləcək.

Macar alim, 68 yaşlı Ernö Rubikin 1974-cü ildə icad etdiyi "Rubik kubiki" ilk əvvəl şəkillərlə rənglərin kombinasiyasını göstərmək üçün dərs vəsaiti qismində nəzərdə tutulmuşdu.
Lakin kubik çox qısa zamanda populyarlaşdı, onun üzərindəki kombinasiyaları ən qısa müddətdə ən az hərəkətlə yığmaq üçün saysız-hesabsız riyazi formullar yazıldı.

Sərgidə "Rubik kubiki"nin populyarlığıın sirrindən də bəhs olunacaq.

Milli.A