Sinqapur Olimpiadasında güləş qaydaları necə olacaq?

19 May 2010 15:14
Turnirdə ölkəmizi yeniyetmə güləşçilərimiz də təmsil edəcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Sinqapurda iştirakçılar güləşin hər 3 növündə, yəni sərbəst, yunan-Roma və qadın güləşində mübarizə aparacaqlar. Amma olimpiadada güləşçilər heç də bütün çəkilərin hamısında yarışmayacaqlar. Lisenziya qazanmaq üçün hər qitədə seçim turniri keçiriləcək. Lisenziya turnirlərində sərbəst güləşçilər 46, 54, 63, 76 və 100, yunan-roma güləşçiləri 42, 50, 58, 69 və 85, qızlar isə 46, 52, 60 və 70 kq-da arzularını gerçəkləşdirməyə çalışacaqlar.

Amma hər hansi bir ölkə bütün çəkilərdə lisenziya qazansa belə, olimpiadada sərbəst və yunan-roma növlərinin hər birində 2, qadın güləşində isə yalniz 1 idmançı, yəni ümumilikdə 5 güləşçi ilə təmsil oluna bilər. Avropa zonası üzrə lisenziya turniri bu günlərdə Polşanın Poznan şəhərində keçirilir.

Sinqapur olimpiadasında güləş yarişlarının keçirilmə qaydasina gəlincə, hər çəki dərəcəsində 8 güləşçi yarışacaq. İştirakçılar hər birində 4 idmançı olmaqla 2 qrupa bölünəcəklər. Dairəvi sistem üzrə görüşlər keçirildikdən sonra qrup qalibləri finalda, 2-ci yerin sahibləri isə bürünc medal görüşündə qarşılaşacaqlar.

Milli.Az