Rəisidən İslam ölkələrinə ŞOK ÇAĞIRIŞ: "Onları silahlandırın"

11 Noyabr 2023 19:36

"İslam dünyası ölkələri İsraillə döyüşmək üçün fələstinliləri silahlandırmalıdır".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.

"Əgər sionist rejimin hərbi cinayətləri davam edərsə və Amerika administrasiyası bu qeyri-bərabər müharibəni dayandırmazsa, İslam ölkələri işğala qarşı mübarizədə Fələstin xalqını silahlandıraraq onlara kömək etməlidir", - rəisi deyib.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyini İsrailin nüvəsizləşdirilməsi üçün təcili tədbirlər görməyə çağırıb.

Milli.Az