"Neftçi"nin qapıçısı zədələnib

11 Noyabr 2023 16:36

"Neftçi"nin qapıçısı İvan Brkiç zədələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, qolkiper "Sumqayıt"a qarşı keçirəcəkləri Premyer Liqanın XIII tur oyunundan əvvəl məşq prosesində sıradan çıxıb.

Bud nahiyəsində kəskin dartılmadan əziyyət çəkən oyunçu 2 həftədən sonra məşqlərə qatıla biləcək.

Qeyd edək ki, bu gün reallaşacaq "Neftçi" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək.

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun