Bu ölkədə müdafiə naziri ağır qəza törətdi - bir nəfər öldü

11 Noyabr 2023 16:15

Xorvatiyanın müdafiə naziri Mario Banoziç şəxsi avtomobilində ağır qəza törədib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticədə digər avtomobilin sürücüsü həlak olub.

Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur:

"O, kəllə-beyin travması alıb, amma huşu yerindədir".

Hadisənin səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun