Siyəzəndə 45 yaşlı kişi özünü bıçaqlayıb

19 May 2010 13:51
Bu barədə Siyəzən Rayon Polis Şöbəsinin rəis müavini Yusif Ələsgərov məlumat verib. O deyib ki, hadisə ötən gecə saat 01.30 radələrində baş verib.

Rayonun Səttar Xeyrullayev küçəsində yaşayan Telman Əlifağayev ailə münaqişəsi zəminində bıçaqla özünə bıçaqla xəsarət yetirib. O, ailəsinin köməkliyi ilə dərhal Siyəzən Rayon Diaqnostika Mərkəzinə çatdırılıb və üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Faktla bağlı araşdırma başlanılıb.

ANS PRESS