Yaponiya narahatdır: Rusiya və Çinin hava patrulları...

11 Noyabr 2023 08:51

Yaponiyanın baş naziri Fumio Kisida Rusiya Federasiyası və Çinin Yaponiya dənizi üzərində həyata keçirdiyi hava patrullarından narahatlığını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Özünümüdafiə Qüvvələrinin üzvləri qarşısında çıxış edən Nazirlər Kabinetinin rəhbəri, həmçinin vurğulayıb ki, Yaponiya potensial düşmənin hədəflərinə əks-hücumlar həyata keçirmək üçün zəruri olan uzaqmənzilli raketlərin hazırlanmasını gücləndirib.

İyun ayında Rusiya Aerokosmik Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri 2019-cu ildən bəri Yaponiya dənizi və Şərqi Çin dənizi, eləcə də Qərbi Sakit Okean suları üzərində altıncı birgə hava patrulunu həyata keçirib.

Milli.Az