“Facebook” və “Instagram” pullu olacaq?

11 Noyabr 2023 08:43

Meta şirkəti bir müddərtdir "Facebook" və "Instagram" sosial şəbəkələrinin pullu olması üçün çalışır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, artıq bir neçə ölkədə bu sistem sınanıb. Məsələn, bəzi Avropa ölkələrində 9,99 avro xidmət haqqı tətbiq edilib. 

Lakin bu heç də pul ödəməyənin istifadə etməyəcəyi anlamına gəlmir. Sadəcə olaraq, səhifəsində reklam görmək istəməyən istifadəçi müəyyən məbləği ödəyib rahat işləyə bilər. Yəni, reklamsız "Facebook" və "Instagram" pullu olacaq. 

Milli.Az