NATO Rusiyanın mümkün qələbəsini faciə adlandırıb

11 Noyabr 2023 08:15

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın mümkün qələbəsini faciə adlandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu fikri Berlində Almaniyanın müdafiə naziri Boris Pistoriusla birgə keçirdiyi brifinqdə bildirib.

"Prezident Putin (Rusiya Prezidenti Vladimir Putin - Qeyd)qalib gəlsə, bu, təkcə ukraynalılar üçün deyil, həm də bizim üçün faciə olacaq", - Alyansın baş katibi vurğulayıb.

Onun sözlərinə görə, Ukraynaya dəstək davam etdirilməlidir: "Bu, bizim maraqlarımıza uyğundur".

Milli.Az