Azərbaycan gimnastlarından tarixi zəfər

10 Noyabr 2023 23:25

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan millisi batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıblar.

Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, yığma Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görülüb.

Qeyd edək ki, dünya çempionatı Böyük Britaniyanın Birmingem şəhərində keçirilir.

Milli.Az