"Gelsin hayat bildiği gibi"nin aktrisası yeni serialda - FOTO

10 Noyabr 2023 23:11

Sonuncu dəfə "Gelsin hayat bildiği gibi" serialında rol alan aktrisa Neslihan Yeldanın yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Gaddar" serialında rol alacaq. O, layihədə "Oya" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Çağatay Ulusoyla Sümeyye Aydoğan paylaşacaq.

Milli.Az