Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
Milli.Az report-a istinadən xəbər verir ki, açılış matçında "Araz-Naxçıvan" və "Kəpəz" üz-üzə gəliblər.
"Dalğa Arena"da baş tutan qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. "Kəpəz"in heyətində 75-ci dəqiqədə Adama Niane fərqlənib.
Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qalıb. Xallarının sayını 9-a çatdıran Gəncə klubu isə sonuncu - 10-cu yeri tərk edərək 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, XIII turun digər görüşləri noyabrın 11-12-də keçiriləcək.
Milli.Az