CHP-nin yeni sədri Ərdoğanı tənqid etdi - AKP-dən reaksiya

10 Noyabr 2023 20:51

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik CHP-nin yeni sədri Özgür Özəlin Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı sözlərə sərt reaksiya verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, partiya sözçüsü bu barədə X hesabında yazıb.

"CHP-də nə dəyişsə də, Yassıada mentaliteti dəyişmir. CHP-nin yeni seçilən sədrinin ilk işi Prezident Ərdoğanı tənqid etmək olub. Ərdoğan tam demokratik seçkilərlə, millətin iradəsi ilə vəzifədədir. CHP isə hələ də demokratiya ilə mübarizəsini davam etdirir", - Ö.Çelik bildirib.

Milli.Az