Ankarada Atatürk izdihamı - FOTOlar

10 Noyabr 2023 17:45

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümüdür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət rəsmilərinin qatıldığı mərasimdən sonra Anıtqəbir ziyarətçilərin üzünə açılıb.

Türkiyənin hər yerindən gələn vətəndaşlar Atatürkün məqbərəsini ziyarət edib, dualar oxuyub, bir dəqiqəlik sükutla yad ediblər.

Qarovul dəyişikliyi zamanı əsgərlərin mərasimi də vətəndaşlar tərəfindən maraqla izlənilib.

Anıtqəbirdəki səs ucaldıcılardan Atatürkün 10-cu il çıxışının səs yazısı da paylaşılıb.

"TRT Haber" Antiqəbirdən çəkilmiş fotoları təqdim edir:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun