2 dekabr tarixində Türkiyənin pop ulduzu Gökhan Özen Bakının qonağı olacaq.
Milli.Az xəbər verir ki, məşhurun Bakıya üz tutma səbəbi verəcəyi konsertdir.
16 yaşında musiqi sahəsində başlayan Gökhan Özen, "Budala","Civciv",Her şeyde biraz sen varsın","Bize aşk mı lazım" kimi bir çox hit mahnılar ilə hər kəsin sevimlisinə çevrilib.
Sonuncu dəfə 5000-dən çox musiqisevər üçün vokalsız 3 saatlıq musiqi ziyafəti verib. İndi isə Azərbaycandakı sevənləri üçün səhnəyə çıxacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun