"Benfika"nın 4 azarkeşi həbs edildi

10 Noyabr 2023 15:46

Ötən gen keçirilən "Real Sosyedad" (İspaniya) - "Benfika" (Portuqaliya) (3:1) matçından sonra qonaq komandanın 4 azarkeşi həbs edilib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb sözügedən şəxslərin rəqibin fanatlarının tribunasına priotexniki vasitələr atması olub.

Bildirilir ki, matç zamanı "Benfika" azarkeşləri iki dəfə rəqib azarkeşlərin tribunalarına priotexniki vasitələr atıblar. "Real Sosyedad"ın prezidenti Xoakin Aperribay klubun qanun pozuntusunu törədənləri tutmaq üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəyini deyib.

Atılan məşəllərdən birinin uşağa dəydiyi, lakin nə onun, nə də İspaniya klubunun digər azarkeşlərinin xəsarət aldığı da vurğulanır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun