"Elə bil zibilxanadır" - Kəmalə əsəbiləşdi - VİDEO

10 Noyabr 2023 13:39

Ötən gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ" - "Bayer" matçı baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı Kəmalə Piriyeva matçdan sonra "Gənclik" stansiyasının qarşısındakı mənzərini paylaşaraq yerə zibil atan azarkeşləri tənqid edib:

"Bu, nə deməkdir?! Futbola gəldiniz, dəstək oldunuz, əla. Bu nədir, elə bil zibilxanadır".

Qeyd edək ki, matç "Qarabağ"ın 0:1 hesabı ilə uduzması ilə nəticələnib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun