Ulduz futboçunun atası girovluqdan xilas oldu - FOTO

10 Noyabr 2023 13:10

"Liverpul"un ulduz futbolçusu Luis Diasın atası Luis Manuel Dias girovluqdan xilas olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azad edilərək Birləşmiş Millətlər Təşkilatının və Kolumbiyanın Valledupar şəhərindəki Katolik Kilsəsinin nümayəndələrinə təhvil verilib.

Xatırladaq ki, futbolçunun anası və atası Kolumbiyada partizan hərəkatı tərəfindən qaçırılmışdı. Hadisədən bir gün sonra hücumçunun anası tapılsa da, atasından xəbər yox idi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun