Portuqaliya Prezidenti parlamenti buraxacaq

10 Noyabr 2023 09:25

Portuqaliya Prezidenti Marselo Rebelo di Souza Baş nazir Antonio Kostanın istefasını elan etdikdən sonra birpalatalı parlamenti buraxmaq və 2024-cü il martın 10-na növbədənkənar seçkilər təyin etmək qərarına gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Portuqaliya Prezidenti bildirib.

"Mən Respublika Məclisinin buraxılmasının və seçkilərin 2024-cü il martın 10-na təyin edilməsinin tərəfdarıyam", - dövlət başçısı deyib.

Prezident bu qərara 2015-ci ildə Baş nazir vəzifəsini icra edən Kostanın noyabrın 7-də korrupsiya qalmaqalı fonunda istefa verdiyini elan etməsindən sonra gəlib. Portuqaliya polisi Nazirlər Kabinetinin rəhbərinin rəsmi iqamətgahında və iki nazirlikdə 40-dan çox axtarış aparıb. Bir neçə nəfər həbs edilib. Baş nazir administrasiyasının rəhbəri Vitor Eşkariya da saxlanılıb.

Korrupsiya işi digər məsələlərlə yanaşı, Portuqaliyanın şimalında litium hasilatı ilə bağlı güzəştlərə, eləcə də hidrogen enerjisi layihəsinə aiddir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun