İstanbulda olan Aysel nədən ŞİKAYƏTLƏNDİ?

10 Noyabr 2023 00:22

Müğənni Aysel Əlizadə Türkiyədəki qiymətlərdən şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı Bakı ilə müqayisədə İstanbulda xeyli bahalaşma olduğunu bildirib:

"İstanbuldakı mağazaların birinə gəlmişəm. Evə çox böyük bir bazarlıq etməmişəm. Meyvə-tərəvəz, toyuq, ət kimi böyük şeylər yox, xırda şeylər almışam. 4800 lirə (təxminən 286 manat) xərcləmişəm. Qiymətlər çox qalxıb. İstanbulla müqayisə edəndə Bakı ucuzdur. Bura çox bahalaşıb".

Milli.Az