Bizi döyüş meydanında məğlub etmək mümkün deyil - Peskov

9 Noyabr 2023 22:26

Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ukraynanın, ABŞ-ın və hər kəsin Rusiyanı döyüş meydanında məğlub etməyin mümkün olmadığını başa düşməsi vaxtıdır", - deyə Peskov əlavə edib.

Milli.Az