Ağ Ev: Qəzza zolağında iki humanitar dəhliz açılır

9 Noyabr 2023 20:45

Qəzza zolağında mülki şəxslərin döyüş bölgələrini tərk etməsinə imkan verəcək iki humanitar dəhliz açılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evdən bildirilib.

Qeyd edilib ki, Qəzza zolağına hər gün yüzə yaxın yük maşını gəlir və onların sayı tezliklə 150-yə çatmalıdır.

"İsrail noyabrın 9-dan etibarən Qəzzanın bir neçə bölgəsində hər gün dörd saatlıq humanitar fasilə həyata keçirəcək və bu müddət ərzində heç bir döyüş olmayacaq", - məlumatda vurğulanıb.

Milli.Az