İsveç yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı - FOTO

9 Noyabr 2023 19:41

İsveç yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, baş məşqçi Yanne Andersson 25 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçidirsə, digər 14 nəfər yarımmüdafiə və hücum xəttində çıxış edir.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın qonağı olacaq isveçlilər bundan üç gün sonra Solnada Estoniyanı qəbul edəcəklər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun