HƏMAS-ın tank əleyhinə komandiri öldürüldü

9 Noyabr 2023 14:22

İsrail ordusuna məxsus döyüş təyyarəsi Qəzzada HƏMAS mərkəzi briqadasının tank əleyhinə raket bölməsinin komandiri İbrahim Əbu Mazibi öldürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusu, Baş Təhlükəsizlik Xidməti və Ordu Kəşfiyyatının kəşfiyyat məlumatlarını rəhbər tutaraq, HƏMAS terror təşkilatının mərkəzi briqadasının tank əleyhinə raket bölməsinin rəisi, terrorçu İbrahim Əbu Mazibi məhv etmək üçün döyüş təyyarəsindən istifadə edib", - deyə məlumatda bildirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun