İsrailin Müdafiə Ordusu Fələstinin HƏMAS qruplaşmasının yaraqlılarının Qəzza zolağı üzrə hərəkət etmək üçün təcili yardım maşınlarından istifadə etdiyinə dair sübutlarını açıqlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" informasiya portalı ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, hərbçilər HƏMAS üzvünün Qəzza zolağında hərəkət etmək üçün təcili yardım maşınlarından istifadəni etiraf etdiyi ələ keçirilmiş telefon danışığının səs yazısını təqdim edib. Səs yazısında HƏMAS üzvü olduğu bildirilən şəxs istənilən təcili yardım maşını ilə ərazidən uzaqlaşa biləcəyini iddia edir.
Qeyd edək ki, ötən həftə İsrail Qəzzada təcili yardım maşınına endirilən aviazərbəyə görə məsuliyyəti üzərinə götürüb. Onlar təcili yardım maşınında HƏMAS terrorçularının daşındığını iddia edirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun