Robot insanı əzib öldürdü

9 Noyabr 2023 10:56

Cənubi Koreyada robot insanı öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, sensor nasaz olduğu üçün o, adamı tərəvəz qutusundan ayıra bilməyib.

Hadisə müəssisə əməkdaşının konveynerə bibər qutularının qaldırıb yerləşdirən robotlardan birinin sensorlarının işini yoxlayarkən baş verib.

Bu zaman robotun qolu həmin adamı bir qutu tərəvəzlə səhv salıb, onu tutub və konveyner lentinə sıxaraq əzib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, xəstəxanada ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun