HƏMAS silahlıları tərəfindən qaçırılan ispan öldü

9 Noyabr 2023 08:53

İsraildə Fələstinin HƏMAS radikal hərəkatının silahlıları tərəfindən qaçırılan İspaniya vətəndaşı İvan İllarramendi ölüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onun ölümü ilə bağlı detallar verilmir.

Məlumata görə, kişi Çili vətəndaşı olan həyat yoldaşı ilə İsraildə Qəzza zolağı ilə sərhədə yaxın ərazidə yaşayıb.

Qeyd edək ki, bundan əvvəl Madrid HƏMAS-ın İsrailə hücumundan sonra yoxa çıxan krallığın daha bir vətəndaşının öldüyünü təsdiqləyib.

Milli.Az