Rusiyada iki güclü zəlzələ qeydə alındı

9 Noyabr 2023 07:51

Rusiyanın Kuril adaları yaxınlığında (Saxalin vilayəti) zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5,4 və 4,1 olan iki zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar ətraf yaşayış məntəqələrində zəif hiss olunub.

Milli.Az